Azad edilmiş ərazilərdə daha 650 mina aşkarlanıb

Xəbərlər

14.06.2021 - 16:57

ANAMA əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb

 

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.

 

ANAMA-dan AYNA-ya verilən məlumata görə, iyunun7-dən 12-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 596 piyada əleyhinə mina, 54 tank əleyhinə mina və 144 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

Bildirilib ki, 111.6 hektar ərazi mina və PHS-lardan təmizlənib.

 

Müəllif: Ayna.az