Azad edilmiş ərazilərdə daha 62 mina aşkarlanıb

Xəbərlər

23.11.2026 - 22:48

469,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (16.11.2026 - 22.11.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AYNA.AZ-a verilən məlumata görə, azad edilmiş ərazilərdə daha 46 piyada əleyhinə mina, 16 tank əleyhinə mina, 468 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 469,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş