Azad edilmiş ərazilərdə daha 110 mina aşkarlanıb

Xəbərlər

26.08.2024 - 21:56

cedabet dərman SEO Xidməti

1 308,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (19.08.2024 - 25.08.2024) açıqlanıb.

ANAMA-dan AYNA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 78 piyada əleyhinə mina, 32 tank əleyhinə mina, 839 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 308,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş