Axtarışda olan Azərbaycan vətəndaşı Bosniyada saxlanılıb

Xəbərlər

30.12.2025 - 16:51

Nicat Rəhimov İnterpol kanalları vasitəsilə saxlanılıb

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Bosniya və Herseqovina ərazisində yeri müəyyən olunub. AYNA.AZ xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Nicat Namiq oğlu Rəhimov İnterpol kanalları vasitəsilə saxlanılıb.

Bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş