Avropada qazın qiyməti yenidən ucuzlaşıb

Dünya

29.12.2021 - 07:51

Qazın qiymətində azalma müşahidə olunub

Avropada qazın qiyməti yenidən ucuzlaşıb. AYNA xəbər verir ki, bunu ICE London birjasının məlumatları təsdiq edir.

Belə ki, qaz fyuçerslərinin qiyməti ticarət sessiyasının başlanğıcındakına nisbətən 2 faiz azalıb. Niderlandın TTF mərkəzi üzrə yanvar fyuçers müqaviləsinin qiyməti min kubmetr üçün 1 223 ABŞ dollarına düşüb.

Xatırladaq ki, qarşıdan gələn soyuq havalar ərəfəsində, həmçinin yeraltı anbarlarda qazın azlığı nəticəsində dekabrın 21-də regiondakı hərraclarda "mavi yanacaq" ilk dəfə olaraq 2 000 ABŞ dolları həddini keçmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş