Təbii qazın min kubmetri 357 ABŞ dollarından aşağıdır
Avropada təbii qazın min kubmetri 357 ABŞ dollarından aşağıdır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu, bu gün keçirilən hərraclarda ortaya çıxıb.
TTF indeksi üzrə dekabr fyuçerslərinin qiyməti 356,7 dollar təşkil edib. Bu da əvvəlki hesablama qiyməti (359,7 dollar) ilə müqayisədə 0,8% azdır.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.