Avropada 5 nəfər Çinə casusluq ittihamı ilə həbs olunub

Dünya

23.04.2024 - 12:51

Saxlanılanlardan üçü Almaniya, ikisi Böyük Britaniya vətəndaşıdır

Çinin xeyrinə casusluqda ittiham olunan 5 nəfər bazar ertəsi Avropa hüquq-mühafizə orqanlarının diqqətinə düşüb. AYNA xarici mediaya istinadən bildirir ki, Almaniyada üç nəfər həbs edilib.

Alman səlahiyyətliləri onların donanmada istifadə olunan yüksək texnologiyalar haqqında məxfi məlumatları Çin tərəfinə ötürdüklərindən şübhələniblər.

Həbs olunanların hər üçü Almaniya vətəndaşıdır. Onlardan biri, müstəntiqlərin fikrincə, Çin kəşfiyyat xidmətləri tərəfindən işə götürülüb. O, məlumat mənbəyi kimi texnologiya şirkətinin sahibləri olan digər ikisindən istifadə edib.

Almaniyanın daxili işlər naziri Nensi Feser və ədliyyə naziri Marko Buşman Çinin biznes, sənaye və elm sahələrində kəşfiyyat fəaliyyətinin son zamanlar artdığını və Almaniyanın bu baxımdan daha ehtiyatlı olması lazım olduğunu bildirib.

Çinin Berlindəki səfirliyi bəyanat yayaraq casusluq iddialarını yalan adlandırıb.

Bazar ertəsi Böyük Britaniyada da əvvəllər həbs edilmiş iki ölkənin vətəndaşı Çinin xeyrinə casusluqda ittiham olunub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar məxfi məlumatları Çin kəşfiyyat xidmətlərinə ötürüblər. Şübhəlilərdən birinin İngiltərə parlamentində köməkçi olaraq çalışdığı, ikincinin isə harada işlədiyi bildirilmir. Londondakı Çin missiyası casusluq iddialarını uydurma və böhtan adlandırıb.

Müəllif: Ayna.az