Avropa Parlamenti Aİ-ABŞ ticarət müqaviləsinin ratifikasiyasını dayandırıb

Dünya

19.01.2026 - 15:53

“Amerika məhsullarına Aİ-nin daxili bazarına rüsumsuz giriş imkanı verilməyəcək"

Avropa Parlamenti (AP) ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda Aİ-ABŞ ticarət müqaviləsinin planlaşdırılan ratifikasiyasını dayandırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə AP-nin aparıcı fraksiyası olan Avropa Xalq Partiyasının (AXP) rəhbəri Manfred Veber deyib.

"Dünən gecə qəbul etdiyimiz ilk qərar, ötən yay imzalanmış Avropa və ABŞ arasında bu müqavilənin ratifikasiyasının dayandırılmasıdır. Bu o deməkdir ki, Amerika məhsullarına Aİ-nin daxili bazarına rüsumsuz giriş imkanı verilməyəcək", - Veber deyib.

Əlavə edib ki, ratifikasiyanın dayandırılması Vaşinqtona ilk siqnaldır.

AXP lideri iddia edib ki, "Tramp dünən gecə çox şey itirib".

Trampın şənbə günü “TruthSocial” vasitəsilə elan edib ki, ABŞ Birləşmiş Krallıq, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçə 10% idxal tarifləri tətbiq etməyə başlayacaq və bu tariflər tərəflər Vaşinqton tərəfindən Qrenlandiyanın " tam şəkildə alınması" barədə razılığa gələnə qədər qüvvədə qalacaq. Trampın sözlərinə görə, bu qərar 1 fevralda qüvvəyə minəcək. Prezident tarif dərəcəsinin 1 iyunda 25%-ə qədər artacağını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş