Avropa Komissiyası Ukraynaya 600 milyon avro ayırıb

Xəbərlər

15.09.2021 - 12:35

Dombrovskis: “Kiyev razılaşdırılmış siyasi şərtləri yerinə yetirib”

Avropa Komissiyası Ukraynaya makromaliyyə yardımının 600 milyon avro məbləğində ikinci tranşının ayrılması barədə qərar qəbul edib. AYNA xarici mediaya istinadən bildirir ki, Ukrayna vəsaiti oktyabrın sonlarında alacaq.

 “Komissiya Ukraynaya makromaliyyə yardımının 600 milyon avro məbləğində ikinci tranşının ayrılması barədə qərar qəbul edib. Bu, ümumi məbləği 1,2 milyard avroya bərabər olan makromaliyyə yardımı proqramı çərçivəsində ikinci, sonuncu ödənişdir”, - deyə Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis bildirib.

Dombrovskisin sözlərinə görə, Kiyev razılaşdırılmış siyasi şərtləri yerinə yetirib: “Bu və Ukrayna ilə Beynəlxalq Valyuta Fondunun münasibətlərində irəliləyiş Komissiyanın ikinci ödəniş barədə müsbət qərar qəbul etməsinə imkan verib”.

Müəllif: Ayna.az