Avropa Komissiyası Gürcüstanın vətəndaş cəmiyyətinə 9.2 milyon avro ayırıb

Dünya

12.03.2023 - 12:07

cedabet dərman SEO Xidməti

AK ölkədə azad və ədalətli seçkiləri dəstəkləmək niyyətindədir

Avropa Komissiyası (AK) Gürcüstanda vətəndaş cəmiyyəti nümayəndələrinin ölkənin idarə olunmasında rolunun gücləndirilməsini maliyyələşdirmək niyyətindədir. Bu məqsədlər üçün ölkənin vətəndaş cəmiyyətinə 9,2 milyon avro qrant ayrılacaq. AYNA xəbər verir ki, bu barədə AK-nın yaydığı sənəddə bildirilib.

Layihə çərçivəsində həyata keçiriləcək tədbirlərin Gürcüstanda əlverişli seçki mühitinin formalaşmasına, azad və ədalətli seçkilərin dəstəklənməsinə və ölkənin Avropa İttifaqına inteqrasiyasına töhfə verəcəyi gözlənilir.

AK-nın sənədində vurğulanır ki, səlahiyyətləndirilmiş cəmiyyət ədalətli və demokratik sistemin əsas komponentidir.

Qeyd edək ki, ötən il AK-nın Gürcüstanda ictimai müdafiəçilərin işi üçün 1,5 milyon avro ayıracağı bildirilmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş