Avropa İttifaqının sammitində Rusiyaya hansı sürpriz ediləcək?

Dünya

29.11.2023 - 16:59

cedabet dərman SEO Xidməti

“Putin Brüsseldən bundan daha yaxşı “Milad hədiyyəsi” gözləyə bilməz”

Dekabrda keçiriləcək Avropa İttifaqı (Aİ) liderlərinin sammitində Moskvaya sürpriz edilə bilər. AYNA xəbər verir ki, bu iddia ilə Danimarkanın DR nəşri çıxış edib.

Nəşrin məlumatına görə, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq qərarı dekabrda keçiriləcək sammitdən martda keçiriləcək növbəti görüşə qədər təxirə salına bilər.

“Dekabr sammiti Aİ-nin Ukraynanı dəstəkləmək üzrə klassik kompromisi ilə başa çata bilər ki, Putin Brüsseldən bundan daha yaxşı “Milad hədiyyəsi” gözləyə bilməz”, - nəşr yazıb.

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının enerji siyasəti üzrə keçmiş müşaviri, Brüssel Azad Universitetinin professoru Samuel Furfari bildirib ki, Aİ Ukraynada korrupsiyanın kökünün kəsilməsini gözləməlidir ki, birliyə üzv olmaq üçün danışıqlar aparılsın.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş