Avropa İttifaqından Ermənistana uçuş qadağası

Dünya

03.06.2020 - 06:35

Həkimlər Klinikalar SEO Xidməti

Aİ Ermənistanla bağlı qərar qəbul edib

 

“Ermənistan Hava Yolları” (“Armavia”) şirkəti Avropa İttifaqı ölkələrinə uçuş həyata keçirə bilməyəcək.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Avropa İttifaqı Komissiyası qərar qəbul edib. Buna səbəb “Ermənistan Hava Yolları”nın təhlükəsizlik standartlarına cavab verməməsidir. Qərar Ermənistanın Mülki Aviasiya Komitəsi və altı aviadaşıyıcının işinin analizindən sonra qəbul edilib.

 

Aİ səması “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” kimi aviadaşıyıcılar üçün də bağlı olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş