Avropa İttifaqı SEPAH-ı terror təşkilatı elan edib

Dünya

29.01.2026 - 19:56

Kallas: “Avropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi tanıyır”

Avropa İttifaqı (Aİ) İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas sosial media hesabında yazıb.

"Repressiyalar cavabsız qala bilməzdi. Aİ xarici işlər nazirləri SEPAH-ı terror təşkilatı elan etmək kimi qətiyyətli addım atıblar", - deyə o yazıb.

Aİ daha əvvəl İranda 15 məmur və altı təşkilata qarşı sanksiyalar tətbiq etmişdi .

Bundan əvvəl Kallas etirazları qəddarcasına yatırdığına görə İrana qarşı sanksiyalar tətbiq edəcəyinə söz vermişdi: "İrandakı etirazların qurbanlarının sayı və rejimin istifadə etdiyi metodlar həqiqətən çox ciddidir. Buna görə də biz açıq bir siqnal göndəririk: əgər insanları repressiya etsəniz, bunun bir bədəli var və buna görə cəzalandırılacaqsınız".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş