Avropa İttifaqı Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib

Dünya

21.07.2022 - 14:55

Həkimlər Klinikalar SEO Xidməti

Ursula fon der Leyen: “Üzv ölkələr Kremlə qarşı gücləndirilmiş və uzadılmış sanksiyalarımızı təsdiqləyiblər” 

Avropa İttifaqı Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen "Twitter" hesabında yazıb. 

Onun sözlərinə görə, Aİ Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini, o cümlədən qızıla qismən embarqonu təsdiqləyib.

“Üzv ölkələr Kremlə qarşı gücləndirilmiş və uzadılmış sanksiyalarımızı təsdiqləyiblər”, Leyev qeyd edib.

Sanksiyalar 55 fiziki və hüquqi şəxsə də şamil edilib. Eyni zamanda, idxalı qadağan edilən ikili təyinatlı malların siyahısı genişləndirilib. Sanksiyaların yeni paketində göstərilən tədbirlər Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş