“Aİ ölkələrinin bəziləri Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərin qarşısını almağa çalışırlar”
Avropa İttifaqı ölkələri Rusiyanın almaz sənayesinə qarşı sanksiyalar üzərində fəal işləyir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib.
“Biz həmçinin almaz sənayesi ilə bağlı əvvəlki bir sıra görüşlərin, müzakirələrin nəticələri üzərində çox işləyirik”, Mişel qeyd edib.
Aİ Şurası rəhbərinin sözlərinə görə, bu sahədə daha çox iş görülməlidir.
Əlavə edib ki, Aİ ölkələrinin bəziləri Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərin qarşısını almağa çalışırlar.