Avropa İttifaqı Rusiyadan idxalını davam etdirir

Dünya

19.09.2025 - 13:27

"Aİ Rusiya qazının idxalı üzrə yeni rekorda imza atıb”

Avropa İttifaqı (Aİ) 2025-ci ildə Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) alqı-satqısını dayandırmaq niyyəti ilə bağlı rəsmi açıqlamalara baxmayaraq, yeni rekorda imza atıb. AYNA.AZ xəbər verir ki, bu barədə irlandiyalı jurnalist Brayan Makdonald “X” sosial media platformasında yazıb.

"Aİ Rusiya qazını mərhələli şəkildə dayandırmaq niyyətini bəyan edir, lakin eyni zamanda, Rusiyanın LNG idxalı üzrə yeni rekorda imza atıb. "Şimal axını"nın bağlanmasına baxmayaraq axınlar davam edir", - jurnalist qeyd edib.

“Eurostat”ın məlumatına görə, 2025-ci ilin birinci yarısında Aİ 2,9 milyard avro dəyərində Rusiya boru kəməri qazı və 4,5 milyard avro dəyərində LNG alıb ki, bu da əvvəlki illə müqayisədə 28% artım deməkdir. Rusiya qazının ümumi alışı əvvəlki illə müqayisədə 9% artıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş