Cozef Borrell: “İran qadınlarına və dinc etirazçılara dəstək üçün istənilən tədbiri görəcəyik”
Avropa İttifaqı (Aİ) ölkədəki etiraz aksiyaları ilə bağlı vəziyyətə və Tehranın Rusiyaya hərbi texnika tədarükünə görə İrana qarşı çox sərt sanksiyalar tətbiq edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell deyib.
“Biz İrana qarşı çox sərt sanksiyalar tətbiq edəcəyik. İran qadınlarına və dinc etirazçılara dəstək üçün istənilən tədbiri görəcəyik”, - deyə Avropa diplomatiyasının rəhbəri söz verib.
Borell həmçinin qeyd edib ki, sanksiyalar digər məsələlərlə yanaşı, İranın Moskvaya dəstəyinə görə tətbiq edilir: “Cümə günü İranlı nazirlə danışdım. İran Rusiyaya pilotsuz təyyarələr vermədiyini və raket tədarük etmək niyyətində olmadığını iddia etməkdə davam edir”.