Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi sentyabrın 15-də təqdim olunacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot “France Inter” radiosunun efirində bildirib.
“Bazar ertəsi Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın Ağ Evə gəlişindən sonra ilk dəfə olaraq onunla birbaşa koordinasiya əsasında hazırlanan yeni sanksiyalar paketini təqdim edəcək”, - o deyib.
Bundan əvvəl ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo bildirmişdi ki, Avropa ölkələri Rusiyanın enerji resurslarını almağı dayandırmalı və Moskvaya qarşı “real sanksiyalar” tətbiq etməlidir. O iddia edir ki, Rusiya Prezidenti Vladimir Putin sülh yolu ilə nizamlanmada maraqlı deyil.
Siyasətçi hesab edir ki, Moskva bu mövqeyinə “çox baha başa gələnə qədər” sadiq qalacaq.