Avropa İttifaqı Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edə bilər

Dünya

17.09.2025 - 11:48

Müzakirələr sanksiyalar siyahısına daha çox Çin subyektinin əlavə edilməsini əhatə edəcək

Avropa İttifaqı (Aİ) Rusiya əleyhinə sanksiyaların 19-cu paketi çərçivəsində bir neçə Çin şirkətinə məhdudiyyətlər qoya bilər. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” nəşri avropalı üç diplomata istinadən məlumat yayıb.

Onların sözlərinə görə, sentyabrın 19-da gözlənilən məhdudiyyətlərin növbəti paketi üzrə müzakirələr sanksiyalar siyahısına daha çox Çin subyektinin əlavə edilməsini əhatə edəcək.

“Politico” yazır ki, Brüssel bu addımı ABŞ Prezidenti Donald Trampın diqqətini cəlb etmək və onu Rusiyaya daha çox təzyiq göstərməyə inandırmaq üçün nəzərdən keçirir.

Bununla belə, nəşr qeyd edib ki, “qara siyahı”ya daha çox şirkətin əlavə edilməsi belə Amerika liderinin Çindən idxala 50-100% rüsum tələbini ödəmir. Keçmişdə Aİ-nin Çin firmalarına qarşı məhdudiyyətləri genişləndirmək üçün gördüyü oxşar tədbirlər də Trampa təsir edə bilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş