Avro-2024: Almaniya millisi qrup lideri oldu

Dünya

24.06.2024 - 03:57

Həkimlər Klinikalar SEO Xidməti

Ev sahibi komanda 1/8 finala vəsiqə qazanıb

Dünən Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin III turuna start verilib.

AYNA xəbər verir ki, günün hər iki oyunu A qrupunda baş tutub.

Daha əvvəl 1/8 finala vəsiqəni təmin edən Almaniya millisi İsveçrə ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İsveçrənin heyətində Dan Ndoye, Almaniyada isə Niklas Fullkruq fərqləniblər.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Almaniya seçməsi qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. İsveçrə millisi isə 5 xalla qrupu ikinci pillədə başa vurub və növbəti tura çıxıb.

Digər görüşdə Şotlandiya Macarıstanı sınağa çəkib. Görüş macarların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş