Avqustda həftəsonları ictimai nəqliyyat işləməyəcək - <font color=red> QƏRAR</font>

Cəmiyyət

22.07.2021 - 14:27

Həkimlər Klinikalar SEO Xidməti

Həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın müddəti artırılıb

 

Azərbaycanda ictimai nəqliyyatın həftəsonu fəaliyyəti avqustun 30-na kimi dayandırılıb. AYNA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş