“Avdeyevkada ən şiddətli döyüşlər stansiya ərazisində baş verib”

Dünya

22.02.2024 - 11:39

Rusiya Müdafiə Nazirliyi Avdeyekda döyüşünün detallarını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin motoatıcı briqadasının hərbçiləri Ukraynanın Avdeyevka şəhərində dəmir yolu stansiyasının ərazisində Ukrayna qoşunları ilə ən şiddətli döyüşlər aparıblar. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyinin iddiasına görə, Ukrayna ordusunun döyüşə ən hazır hissələri məhz orada cəmləşibmişlər.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinə Avdeyevkanın “minimal itki ilə tam nəzarətə götürülməsi” barədə məlumat verib. Şoyqunun sözlərinə görə, Ukrayna ordusunun bölmələri Avdeyevkada iki günlük döyüşlər zamanı 2 min 400 hərbçi itirib.

Müəllif: Ayna.az

Satranç ustadı

Dünən, 10:00 Aktual