ATƏT sədri: “Sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyirik”

Xəbərlər

14.05.2024 - 13:51

cedabet dərman SEO Xidməti

“Ümid edirik ki, tez zamanda tərəflər arasında hərətəfli və dayanıqlı sülh razılaşması əldə olunacaq”

 “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyirik”. AYNA APA-ya istinadən xəbər verir ki, bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

ATƏT sədrinin sözlərinə görə, o, hər iki tərəfdən, nazirlərdən müsbət mesajlar eşidir: “ATƏT hər iki ölkəyə qulaq asır. Biz yeni reallıqları qəbul etməliyik. Ümid edirik ki, tez zamanda tərəflər arasında hərətəfli və dayanıqlı sülh razılaşması əldə olunacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş