Elina Valtonen sabah Ermənistana səfər edəcək
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen sabah Ermənistana səfər edəcək. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
ATƏT sədrinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş baş tutacaq, daha sonra birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, ATƏT sədri Azərbaycan və Gürcüstana da gələcək.