Sadır Japarov sabir Prezidentlə bağlı fərman imzalayıb
Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev dövlət mükafatlarından məhrum edilib. AYNA.AZ qırğız mediasına istinadən bildirir ki, bu barədə hazırkı dövlət başçısı Sadır Japarovun Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda deyilir: "Qırğızıstan Prezidenti Sadır Japarov Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmündən sonra Almazbek Atambayevin dövlət mükafatlarından məhrum edilməsi barədə fərman imzalayıb".
Fərmana əsasən, Atambayev respublikanın ən yüksək fəxri dərəcəsi olan "Qırğızıstan Respublikasının Qəhrəmanı", 2-ci dərəcəli Manas ordeni, Danaker (Barışdırıcı) ordeni və "Dank" (Şöhrət) medalından məhrum edilib.
Fərman imzalandığı gündən qüvvəyə minir.