Asif Əli Zərdari Pakistan prezidenti seçilib

Dünya

09.03.2024 - 22:28

cedabet dərman SEO Xidməti

Prezident seçkiləri martın 9-da keçirilib

Pakistan Xalq Partiyasının (PXP) həmsədri Asif Əli Zərdari Pakistanın prezidenti seçilib.

AYNA "Report"a istinadən xəbər verir ki, Zərdari prezident seçkilərində seçicilər kollegiyasının 411 səsini toplayıb. Onun rəqibi Mahmud Xan Açakzai 181 səs toplayıb.

Prezident seçkiləri martın 9-da keçirilib. Pakistan Konstitusiyasına uyğun olaraq, onlar parlament seçkilərindən bir ay sonra və ya hazırkı dövlət başçısının prezidentlik müddətinin bitməsinə bir ay qalmış keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş