Argentinada güclü zəlzələ baş verib

Dünya

25.01.2023 - 00:19

Zəlzələ ocağı 611 km dərinlikdə yerləşib

Argentinanın Santyaqo del Estero əyalətində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

AYNA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 2 min nəfər əhalisi olan El Hoyo şəhərindən 23 km şimalda yerləşib. Zəlzələ ocağı 611 km dərinlikdə yerləşir.

Tələfat və dağıntı barədə məlumat yoxdur.

Müəllif: Ayna.az