Xavyer Miley Ukrayna üzrə iyunda İsveçrədə keçiriləcək sülh konfransında iştirakdan imtina edib
Argentina Prezidenti Xavyer Miley Ukrayna üzrə iyunda İsveçrədə keçiriləcək sülh konfransında iştirakdan imtina edib. AYNA xəbər verir ki, bu barədə “La Nacion” məlumat yayıb.
Bundan əlavə, nəşrin yazdığına görə, Argentina lideri İtaliyada keçiriləcək “Yeddilik ölkələri”nin (G7) sammitinə də getməyəcək.
“G7 sammiti bayramlardan əvvəl baş tutsa da, Miley üçün prezident kimi ilk milli bayramlarda səyahət etmək və sonra ölkəyə qayıtmaq əlverişsiz olardı”, deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı konfrans iyunun 15 və 16-da Bürgenstok kurortunda baş tutacaq. Tədbirə 160-dan çox ölkədən nümayəndə heyətləri dəvət olunub. Rusiya konfransda iştirak etməyəcək.