Araz Əzimov Berris Ekinci ilə görüşüb

Xəbərlər

29.10.2025 - 17:04

XİN başçılarının müavinləri təhlükəsizlik məsələlərini müzakirə ediblər

Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ilə görüşüb. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, görüş zamanı Türkiyə-Azərbaycan münasibətləri, çoxtərəfli əməkdaşlıq, hərbi və təhlükəsizlik məsələləri müzakirə olunub.

Bundan əlavə, Berris Ekinci Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilə də görüşüb.

Qeyd edək ki, Berris Ekinci Bakıda Azərbaycan-Türkiyə siyasi məsləhətləşmələrində iştirak etmək üçün səfərdədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş