Aralıq dənizində 5 maqnitudalı zəlzələ olub

Dünya

08.02.2026 - 11:54

Zəlzələ Yerin 9,19 kilometr dərinliyində olub

Aralıq dənizinin Girit adası sahillərində 5 maqnitudalı zəlzələ baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ Yerin 9,19 km dərinliyində olub. Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş