Ankarada Azərbaycana dəstək mitinqi keçirilib

Xəbərlər

23.07.2020 - 16:17

Türkiyədə erməni təcavüzünə qarşı kütləvi etiraz aksiyaları davam edir

 

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və onun ağır nəticələri qardaş Türkiyə ictimaiyyətində döyük hiddət doğurub. AYNA xəbər verir ki, iyulun 12-dən başlayaraq Ermənistan tərəfinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı kütləvi etiraz aksiyaları davam edir.

 

Bu gün Ankaranın Keçiörən rayonunda təşkil olunan mitinq iştirakçıları da işğalçı ölkənin təcavüzkar siyasətinə etirazlarını bildirmək məqsədilə bir yerə toplaşıblar. 

Müəllif: Ayna.az