“Həm təyyarənin qəzaya uğraması, həm də vurulma ehtimalı araşdırılır"
Gürcüstanda Türkiyənin “C-130” hərbi təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran mütəxəssislər təyyarənin vurulmuş ola biləcəyi versiyasını da irəli sürürlər. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.
"Təyyarəmiz qəzaya uğradı, yoxsa vuruldu? Ətraflı araşdırma aparılır. Həm təyyarənin qəzaya uğraması, həm də vurulma ehtimalı araşdırılır", - deyə köşə yazarı Əbdülqədir Selvi bildirib.
Yazar əlavə edib ki, Qafqaz "dəyişkən bölgə" olduğu üçün müxtəlif versiyalar nəzərdən keçirilir.