Qalmaqallı bəyanata şərh: “Lavrov erməni ictimaiyyətini razı salmaq istəyirdi”

Siyasət

12.11.2019 - 19:25

Həkimlər Klinikalar SEO Xidməti

Rauf Mirqədirov: “Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilməyəcək”

 

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistan səfərində bildirib ki, “Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin tərkibinin müəyyən edilməsini tərəflər özləri razılaşdırmalıdır, bu barədə mübahisə etmək isə çox çətindir”.

 

Rusiya XİN başçısı daha sonra deyib: “Hamıya aydındır ki, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılıq əldə etmək mümkün olmayacaq. Ermənistan tərəfi, sadəcə olaraq, bunu imzalamayacaq. Biz məhz bu mövqedən çıxış edirik. Ərazi bütövlüyü, öz müqəddəratını təyin etmək, istisnasız olaraq münaqişələrin sülh yolu ilə nizamlanması prinsipləri münaqişə tərəfləri arasında müzakirə olunan sənədlərdə öz əksini tapıb”.

 

Lavrovun bu bəyanatı Azərbaycan cəmiyyətində ciddi etirazlara və qızğın müzakirələrə səbəb olub. Əksəriyyət rəsmi Bakıdan dərhal və sərt addım atılmasını tələb edir.

 

AYNA əməkdaşı, mövzu ətrafında politoloq Rauf Mirqədirovla həmsöhbət olub.

Mərahim Nəsib