Andrey Yermak istefa verib

Dünya

29.11.2025 - 00:24

“Ukrayna Prezidenti Aparatının tam yenidən qurulması olacaq"

Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak istefa verib. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, bu barədə Prezident Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Yermək istefa ərizəsini ona təqdim edib.

Zelenski Andrey Yermakın istefasını qəbul edib. Zelenski bildirib ki, o öz xahişi ilə Ukrayna Prezidenti Aparatının rəhbəri vəzifəsindən istefa verib.

“Ukrayna Prezidenti Aparatının tam yenidən qurulması olacaq. Sabah Prezident Aparatının yeni rəhbəri ilə bağlı məsləhətləşmələr aparacağam”, – deyə Zelenski qeyd edib.

Qeyd edək ki, korrupsiya ittihamları ilə bağlı bu gün Yerməkn mənzilində axtarış aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş