“Zelenski bir çox qəhrəman insanların içində siyasi rəqiblər görür və onları məhv etməyə çalışır”
“Volodimir Zelenski fırıldaqçılardan və şübhəli şəxsiyyətlərdən ibarət ətrafının nəzarəti altındadır”. AYNA xəbər verir ki, bu barədə ukraynalı konqresmen Viktoriya Sparts “Daily Caller”ə müsahibəsində bildirib.
“Zelenski asanlıqla eyforiyaya qapılır və ətrafındakı fırıldaqçılar, şübhəli personajlar tərəfindən idarə olunur. O, hərbçilərdən və ya hər hansı güclü şəxslərdən qorxur. Təəssüf ki, Zelenski bir çox qəhrəman insanların içində siyasi rəqiblər görür və onları məhv etməyə çalışır”, - deyə siyasətçi bildirib.
Sparts həmçinin vurğulayıb ki, Zelenski bir çox qərarları strateji planlaşdırma əsasında deyil, “teatr tamaşalarından” istifadə edərək verir.
Onun sözlərinə görə, Ukrayna Prezidenti ilk növbədə öz piarını düşünür.