Amerikalı general: “Rusiya Ukraynada 100 mindən çox əsgərini itirib”

Dünya

10.11.2022 - 15:18

Həkimlər Klinikalar SEO Xidməti

Mark Milli: “Rus qoşunlarının Xersondan çıxarılması üçün onlara günlər və hətta həftələr lazım olacaq"

“İlkin məlumatlara görə, Rusiya Xersondan çəkilməsini başa çatdırır, lakin bu, vaxt apara bilər”. AYNA xəbər verir ki, bu açıqlamanı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli deyib.

Generalın sözlərinə görə, Rusiyanın Dnepr çayının şimalındakı ərazilərdə 20-30 min əsgəri olub: “Onlara bir və ya iki gün lazım olmayacaq, bu qüvvələri çayın cənubuna çəkmək üçün onlara günlər və hətta həftələr lazım olacaq".

Amerikalı general onu da qeyd edib ki, tammiqyaslı işğalın əvvəlindən Rusiya Ukraynada 100 mindən çox əsgərini itirib: “100 mindən çox rus əsgərinin öldürüldüyünü və yaralandığını görürsünüz. İtkilər yəqin ki, Ukrayna tərəfində də çoxdur. Çoxlu insan əzabları mövcuddur". Lakin Milli bu məlumatları haradan aldığını açıqlamayıb.

Ukrayna və Rusiya arasında diplomatik danışıqların perspektivlərindən danışan Milli qeyd edib ki, Birinci Dünya müharibəsi zamanı diplomatiyadan erkən imtina insan iztirablarını daha da artırıb və milyonlarla qurbana gətirib çıxarıb: “Ona görə də danışıqlar imkanı olanda, sülhə nail olmaq mümkün olanda, anı dəyərləndirmək lazımdır".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş