Aİ-də Ukraynanın üzvlüyünün lehinə olanlar 60 faiz təşkil edir
“Bertelsmann” Fondunun sorğusunun nəticələrinə görə, almanların 52 faizi Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşıdır. AYNA xəbər verir ki, bu barədə “Berliner Zeitung” qəzeti məlumat yayıb.
Almanların əksəriyyətinin Kiyevin Avropa İttifaqına üzvlüyünə qarşı çıxmasına baxmayaraq, Aİ-də Ukraynanın üzvlüyünün lehinə olanlar 60 faiz təşkil edir.
Aİ-nin ümumi müdafiə siyasətinə ehtiyacı olub-olmaması ilə bağlı Almaniyadakı fikir Birliyin digər ölkələrindəki ümumi rəylə demək olar ki, eynidir.
Bundan əvvəl Münhen Təhlükəsizlik Konfransının saytında dərc olunan Münhen Təhlükəsizlik İndeksi 2024 hesabatı çərçivəsində aparılan sorğunun nəticələri göstərib ki, Rusiya təhlükə reytinqində yeddinci yeri tutaraq Almaniya üçün bir nömrəli düşmən olmaqdan çıxıb.