Lindner müharibə başlayandan bəri ilk dəfə Ukraynaya səfər edib
Müharibə başlayandan bəri ilk dəfə Almaniyanın maliyyə naziri Kristian Lindner gözlənilmədən Kiyevə gəlib. AYNA xarici mediaya istinadən bildirir ki, nazirin səfərinin təfərrüatları hələ açıqlanmayıb.
Xatırladaq ki, Lindner eyni zamanda, Almaniyanın hakim koalisiyasında partiyalardan birinin - Almaniya Azad Demokratik Partiyasının postunu tutur.
Bundan əvvəl müxtəlif vaxtlarda Kiyevə Almaniya kansleri Olaf Şols, xarici işlər naziri Annalena Burbok və müdafiə naziri Boris Pistorius səfər edib.
Almaniya 2022-ci ildən bəri Ukraynaya 1,5 milyard avroya yaxın birbaşa maliyyə yardımı edib.