Almaniyada yeni sağçı partiya yaradıldı

Dünya

20.02.2024 - 16:25

cedabet dərman SEO Xidməti

Almaniya əks-kəşfiyyatının keçmiş rəhbəri partiya yaradıb

Almaniya əks-kəşfiyyatının keçmiş rəhbəri Hans-Georg Maassen yeni sağçı “Werteunion” (Dəyərlər İttifaqı) Partiyası yaradıb. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Maassen 2018-ci ildə Almaniya Konstitusiyasının Müdafiəsi İdarəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Onun vəzifəsindən çıxarılmasına səbəb ifrat sağçı təşkilatların təhdidinə məhəl qoymamaq idi.

Xüsusilə, siyasətçi Almaniyanın Xemnits şəhərində millətçilərin miqrantları ələ saldığını göstərən videonun həqiqiliyinə şübhə etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş