Almaniyada virusa yoluxanların yarıdan çoxu sağalıb

Dünya

15.04.2020 - 12:30

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə COVID-19-dan həyatını itirənlərin sayı 3125 nəfərə çatıb

 

Almaniyada koronavirusa yoluxanların sayı artsa da, pasiyentlərin çoxu müalicədən sonra sağalıb. AYNA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Almaniyanın virusun idarə olunması üzrə fəaliyyət göstərən nüfuzlu Robert Kox İnstitutu açıqlayıb ki, ölkədə COVID-19-dan həyatını itirənlərin sayı 3125 nəfərə çatıb.

 

İnstitutun açıqlamasında görə, ölkədə ümumən 127584 nəfər virusa yoluxub ki, onların da yarısından çoxu sağalıb.

 

Qeyd edək ki, bu gün Kansler Angela Merkel vilayət rəhbərləri ilə virusun yayılmasının dayandırılması üçün tədbirlər planına dair görüş keçirəcək.

 

Məlumat üçün qeyd edək ki, Avropanın bəzi ölkələrində (məsələn, Belçika) koronavirus yenidən alovlansa da, Avstriya, İtaliya və Danimarka kimi bir sıra ölkələrdə karantin tədbirləri yumşaldılıb, bəzi məktəblərin və kiçik dükanların açılmasına artıq izn verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş