Almaniyada HƏMAS-ın terror aktının qarşısı alınıb

Dünya

15.12.2023 - 12:25

cedabet dərman SEO Xidməti

Terror aktı hazırlamaqda şübhəli bilinən HƏMAS üzvləri həbs edilib

Almaniya hüquq-mühafizə orqanları Fələstinin HƏMAS radikal qruplaşması ilə əlaqəli terror aktı hazırlamaqda şübhəli bilinən 4 nəfəri həbs edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniya Federal Prokurorluğunun rəsmi saytında dərc olunmuş məlumatda qeyd edilib.

Bildirilib ki, terror aktı şübhəsi ilə həbs edilmiş Misir, Hollandiya və Almaniya vətəndaşları uzun müddətdir ki, HƏMAS üzvüdürlər və təşkilatın xaricdəki əməliyyatlarında iştirak ediblər.

Qeyd edək ki, dekabrın 14-də Danimarka HƏMAS-la əlaqəsi olan 7 nəfəri terror aktı hazırlamaqda şübhəli bilərək saxlayıb. İsrail hüquq-mühafizə orqanlarının əməkdaşları danimarkalı həmkarlarına “bugünkü həbslər və HƏMAS infrastrukturunun Avropaya sızmasının ifşası ilə yekunlaşan uğurlu əks-terror əməliyyatına görə” təşəkkür ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş