Berlində toqquşmalar zamanı 20 nəfər yaralanıb
Almaniyanın paytaxtı Berlində 1919-cu ildə öldürülən alman fəhlə hərəkatının liderləri Karl Libknext və Roza Lüksemburqun xatirəsinə nümayiş keçirilib.
AYNA xarici mediaya istinadən bildirir ki, etirazçılar Yəmənə dəstək şüarları səsləndirib, Ukraynaya silah tədarükünün dayandırılmasını tələb ediblər.
Etirazlar zamanı polislə toqquşmalar baş verib, nəticədə 20 polis əməkdaşı yaralanıb.
Nümayişçilər arasından da xəsarət alanların olduğu bildirib.