Hadisənin terror aktı olması versiyası araşdırılır
Almaniyanın Maqdeburq şəhərində Milad bazarında avtomobil izdihamın üzərinə sürülüb. AYNA xəbər verir ki, bu barədə MDR məlumat yayıb.
Hadisəni Saksoniya-Anhalt hökumətinin rəsmi nümayəndəsi Matias Şuppe təsdiqləyib. Sürücü maşını bir qrup insanın üzərinə sürüb. Regional hökumət rəsmilərinin bildirdiyinə görə, həmin şəxs həbs edilib.
Hadisə şahidi Milad bazarının təcili yardım və tibb işçiləri ilə dolu olduğunu söyləyib.
Maqdeburq polisinin məlumatına görə, insident nəticəsində azı 11 nəfər ölüb, 60-dan çox yaralı var.
Hadisənin terror aktı olması versiyası araşdırılır.