Berlin Qəzza zolağında mülki vətəndaşların müdafiəsinə çağırıb
Almaniya Xarici İşlər Nazirliyi Qəzza zolağında xəstəxanaya edilən hücumu pisləyib və mülki şəxslərin müdafiəsinə çağırıb. AYNA xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsində məlumat yerləşdirilib.
“Qəzza zolağındakı Əl Əhli xəstəxanasında yüzlərlə insan itkisi ilə bağlı xəbərlər bizi dərindən sarsıtdı. Mülki qurğular, xüsusilə xəstələr və tibb personalı ilə tam funksional xəstəxana heç bir halda heç kim tərəfindən hücuma məruz qalmamalıdır. Münaqişə vəziyyətlərində mülki şəxslər qorunmalıdır”, - Almaniya XİN-in məlumatında vurğulanıb.
Qeyd edək ki, tibb müəssisəsinə edilən raket hücumu nəticəsində ölənlərin sayı 800 nəfərə çatıb.