Almaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə çağırıb

Dünya

11.06.2024 - 17:11

cedabet dərman SEO Xidməti

Bundestaq Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə və Kiyevə silah tədarükünü davam etdirməyə çağırış edib

Almaniya Bundestaqı Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə və Kiyevə silah tədarükünü davam etdirməyə çağırıb. AYNA xəbər verir ki, bu barədə “Rheinische Post” qəzeti yazıb.

“Almaniya hökuməti Ukraynanın hava hücumundan müdafiəsini təkmilləşdirmək üçün daha çox çalışmalıdır. Bu, Ukraynanın enerji infrastrukturunu qorumaq üçün yeganə yoldur”, - Bundestaqda Avropa İttifaqının (Aİ) İşlər Komitəsinin sədri Anton Hofreiter bildirib.

O əlavə edib ki, yalnız bundan sonra Ukraynanın özəl iqtisadiyyat sektoruna effektiv uzunmüddətli investisiyalar haqqında danışmaq olar.

Materialın müəllifləri həmçinin Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Mari-Agnes Strack-Zimmermanın “Almaniyadan konkret və sürətli dəstəyə ehtiyac olduğunu” ifadə edən sözlərinə istinad edirlər.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Kiyev tərəfdaşlarından ölkənin enerji infrastrukturunu bərpa etmək üçün milyardlarla avro ayıracaqlarını gözləyir. Onun sözlərinə görə, Kiyevin elektrik enerjisi istehsal gücünü hər il bir giqavat artırmaq planı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş