Almaniya Rusiya ilə müharibəyə hazırlaşır – İDDİA

Dünya

15.01.2024 - 11:49

cedabet dərman SEO Xidməti

“Bild”: Almaniya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətindən sonra Rusiyanın hücumunu gözləyir

Almaniya Müdafiə Nazirliyi Ukrayna üzərində qələbədən sonra Rusiyanın hücumu olarsa, buna qarşı fəaliyyət planı hazırlayır. AYNA xəbər verir ki, bu iddia ilə “Bild” çıxış edib.

Nəşrin məlumatına görə, Bundesver bir neçə həftə ərzində Rusiya ilə NATO arasında gərginliyin baş verəcəyini proqnozlaşdırır.

“Rusiya qoşunlarının yazda Ukraynaya genişmiqyaslı hücuma keçəcəyi və Ukraynanı məğlub edəcəyi gözlənilir. Rusiyanın qələbəsindən sonra Almaniya Müdafiə Nazirliyi gözləyir ki, Baltikyanı ölkələrdə etnik toqquşmalar olacaq. Bunun fonunda rus qoşunları Suvalki dəhlizinə hücum etmək üçün Kalininqrada köçürüləcək. NATO öz növbəsində, etibarlı çəkindirmə tədbirləri haqqında qərar verəcək və şərq cinahına 300 min əsgər göndərəcək”, materialda deyilir.

Qeyd edək ki, bundan əvvəl Almaniya Prezidenti Frank-Valter Ştaynmayer demişdi ki, Ukraynadakı münaqişə Almaniyanın özünü qorumaq üçün daha çox işlər görməli olduğunu nümayiş etdirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş