Almaniya Prezidenti Ukraynaya səfər edib

Dünya

25.10.2022 - 13:08

Həkimlər Klinikalar SEO Xidməti

Ştaynmayerin Zelenski ilə görüşü keçiriləcək

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bu gün səhər saatlarında Kiyevə elan olunmamış səfər edib. AYNA xarici mediaya istinadən bildirir ki, Ştaynmayerin Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olacaq.

Almaniya Prezidenti Ukraynadakı dağıntıları gözləri ilə görmək istəyir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü dövründə Almaniya Prezidentinin Kiyevə planlaşdırılan iki səfəri müxtəlif səbəblərdən baş tutmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş