Almaniya Liviyaya 30 ton humanitar yardım göndərib

Dünya

14.09.2023 - 20:25

cedabet dərman SEO Xidməti

Yardıma çadır, səyyar yataq, yorğan, döşək və generatorlar daxildir

Almaniya Hərbi Hava Qüvvələrinə məxsus iki yük təyyarəsi Liviyaya 30 ton humanitar yardım çatdıracaq.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

"Çəkisi 30 ton olan humanitar yardıma çadır, səyyar yataq, yorğan, döşək və elektrik generatorları daxildir", - məlumatda deyilir.

Qeyd edək ki, bundan əlavə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi daşqınlardan zərər çəkmiş liviyalıların ehtiyacları üçün 4 milyon avro ayıracaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş