Almaniya kansleri: “Fosil enerji dövrü çatır”

Dünya

22.04.2024 - 12:20

Həkimlər Klinikalar SEO Xidməti

“Almaniya 2030-cu ilə qədər enerjisinin 80 faizini bərpa olunan mənbələrdən istehsal etmək üçün hər cür səy göstərəcək”

“Fosil enerji mənbələrindən istifadə erası başa çatır”. AYNA bildirir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts Hannoverdə keçirilən sənaye yarmarkasının açılışında bildirib. Onun sözləri Almaniya hökumətinin saytında yer alıb.

“Əlbəttə, hamımıza aydındır ki, qalıq yanacaqlar dövrü sona çatır”, deyə kansler qeyd edib.

Şolts bildirib ki, Almaniya 2030-cu ilə qədər enerjisinin 80 faizini bərpa olunan mənbələrdən istehsal etmək üçün hər cür səy göstərəcək.

Müəllif: Ayna.az