Peyvəndləmə başa çatdıqdan sonra məhdudiyyətlər ləğv ediləcək
Almaniya hökuməti koronavirusa qarşı vaksinasiya prosesi tam başa çatdıqdan sonra məhdudiyyətləri ləğv etmək niyyətindədir. AYNA xarici mediaya istinadən bildirir ki, hökumət vaksinləmə kampaniyasının məntiqi sonu yaxınlaşdıqca koronavirus məhdudiyyətlərini qismən yumşaltmaq, daha sonra isə tamamilə ləğv etmək mümkün olacağını hesab edir.
“Lakin bu, ölkənin bütün sakinlərinin vaksinləmədən keçəcəyi halda mümkün olacaq”, - deyə Almaniyanın daxili işlər naziri Hayko Maas açıqlamasında deyib.
Onun sözlərinə görə, belə vəziyyəti avqust ayında görmək mümkündür. Maas hesab edir ki, əgər bütün almanlar peyvənd vurdurarsa, o halda məhdudiyyətlər üçün hüquqi və siyasi əsaslar olmayacaq.